İtaliyalı gənclər BDU-da olublar

29/06/2013

İtaliyanın ən böyük gənclər təşkilatı hesab edilən “Giovani nel Mondo”nun prezidenti doktor Daniela Contenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olublar. Qonaqlar arasında, həmçinin, Azərbaycanın İtaliyadakı səfirliyinin 3-cü katibi Nəsir Məmmədov və İRƏLİ Gənclər Təşkilatının nümayəndələri də var idi. Qonaqları BDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor dosent Şəlalə Məmmədova, Tələbə-Gənclər təşkilatının sədri Məmmədbağır Məmmədov qarşılayaraq BDU-nun tarixi, strukturu, tədris prosesi, tələbə həyatı və Tələbə-Gənclər təşkilatının fəaliyyəti barədə məlumat vermişlər. Görüşdə Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova da iştirak edib.Qonaqlar da öz növbələrində qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmiş və “Giovani nel Mondo” təşkilatının fəaliyyəti barədə məlumat vermişlər. Görüş Azərbaycan – İtaliya gənclərinin hazırki əlaqələri, gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin müzakirəsi və maraqlı diskusiyalar ilə davam etmişdir.

Daha sonra qonaqlar  universitetlə tanış olub, elmi-tədqiqat laboratoriyalarına baş çekiblər.

Mətbuat və informasiya Şöbəsi, 29 iyun 2013-cü il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026