İtaliyalı qonaqlar BDU-da

30/05/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin prorektoru Antonello Biaginini, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovu və İtaliya Araşdırçalar mərkəzinin nümayəndə heyətini qəbul edib.

İtaliya elm və təhsil müəssisələri ilə əlaqələrin inkişaf etməyinə hazır olduğunu qeyd edən rektor Abel Məhərrəmov, qonaqlara BDU  haqqında məlumat verib, BDU-nun bir çox xarici proqram və qrant üzrə işlədiyini və universitetin Boloniya prosesinə qoşulduğunu qeyd edib. Bildirib ki, bu sistemin əsas məqsədi universitetlər arasında inteqrasiyanı gücləndirməkdir.  Bu baxımdan ölkədə çoxlu islahatların həyata keçirildiyini, bu mühiti Azərbaycan universitetlərinə gətirmək üçün xaricə tələbələrin göndərildiyini də qonaqların nəzərinə çatdırıb.

Təmsil etdiyi ali təhsil ocağı haqqında danışan qonağın sözlərindən məlum olub ki, La Sapienza Universiteti 1303-cü ildə təsis edilib və İtaliyanın ən qədim universitetlərindən biridir. 145000 tələbəsi olan universitetin 4500 professoru var və 300-dən çox istiqamətdə tələbə hazırlayır. Prorektor görüşün məqsədinin universitetlər arasında əməkdaşlıq olduğunu bildirib.

Qonaqlar BDU-nun Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi

Qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Elektron Tədris Mərkəzi ilə tanış olublar.

Mətbuat və İnformasiya şöbəsi, 30 may 2013-cü il.


Xəbərlər

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”
24/02/2026

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb
24/02/2026

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb
24/02/2026