İtaliyanın Sapienza Universitetində ECONANO layihəsinin novbəti seminarı

05/10/2015

30 sentyabr 2015-ci il tarixdən 3 oktyabr  2015-ci il tarixinə qədər İtaliyanın Sapienza Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar-mitinqi keçirilib. Seminarda  İtaliyanın Sapienza Universitetinin, Fransanın Paris 13 Universitetinin, Yunanıstanın Patras Universitetinin, Bakı  Dövlət Universitetinin, Azərbaycan İnşaat və Memarlıq Universitetinin və Qafqaz Universitetinin, Azər ECOLAB şirkətinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  nümayəndələri iştirak ediblər. Layihənin rəhbəri, professor Luca Di Palma, Azərbaycan universitetləri üzrə coordinator, professor Məhəmmədəli Ramazanov görülən işlər üzrə məlumat verib və sonrakı fəaliyyət proqramı müzakirə edilib. Görüşdə layihənin uğurla başa çatması haqqında qeydlər edilib və 13-15 noyabr tarixində Bakı görüşündə ECONANO layihəsinin final seminar mitinqinə hazırlıq məsələləri müzakirə edilib.  Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılıb, bu istiqamətdə yeni təhsil layihəsi hazırlanaraq təqdim edilməsi qərara alınıb. ECONANO layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilib.Səfər zamanı İtaliya Texnologiya İnsitututunda BDU-da nanotexnoloji üsullarla dərman maddələrinin alınması, işlənməsi ilə əlaqədar aparılan tədqiqat işləri barədə məruzə edilib və və Horizon 2020 proqramı çərçivəsində Mariya Küri müsabiqəsinə birgə kollektiv qrant layihəsi verilməsi barədə razılıqlar əldə edilib.

Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2015-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025