Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

05/12/2023

Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələrinə ustad dərsi keçib.

“İxtisaslaşmış media” fənni çərçivəsində qonaq olan jurnalist mədəniyyət və incəsənət jurnalistikası haqqında tələbələrə ətraflı məlumat verib. Tanınmış jurnalist mədəniyyət və incəsənət jurnalistikasının özəllikləri, dil-üslub xüsusiyyətləri, janr müxtəlifliyi, yazı texnikası, bu sahədə etik qaydaları əyani misallarla izah edib. Tanınmış mədəniyyət xadimləri ilə müsahibələr zamanı yaşanan maraqlı məqamları, xatirələrini bölüşüb.

İnteraktiv formada keçən dərsin sonunda Ramilə Qurbanlı tələbələrin suallarını cavablandırıb və onlara öz kitablarını hədiyyə edib.

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026