Tanınmış teleaparıcı Mümtaz Xəlilzadə BDU tələbələrinə təlim keçib

28/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Biologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə tanınmış teleaparıcı Mümtaz Xəlilzadənin “Akademik ünsiyyət və nitq” adlı təlimi keçirilib.

Mümtaz Xəlilzadə danışığın, nitqin ünsiyyətdə oynadığı rol, danışıq vasitələrindən düzgün və yerində istifadə, fikrin düzgün ifadə tərzi, üslubların seçimi, ritorika, danışıq zamanı yol verilən yanlışlıqlar barədə ətraflı məlumat verib. Natiqliq qabiliyyəti, eləcə də düzgün danışıq bacarığının, nitq mədəniyyətinə dərindən yiyələnməyin tələbələrin gələcək karyeralarının inkişafındakı əhəmiyyətini xüsusi vurğulayan təlimçi səlis nitqin formalaşmasında düzgün nəfəs almağın vacibliyini qeyd edib, öz təcrübəsini bölüşüb.

Tələbələr kamera qarşısında davranış və təqdimat bacarıqları, pauza, tələffüz, vurğu və intonasiya prinsipləri, auditoriya ilə effektiv kommunikasiya, ictimai çıxış zamanı stresin idarə olunması kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Sonda tələbələrin düzgün diksiya və nitqdə nəfəsin idarə olunması ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
10/07/2026