BDU-da "Xocavənd günü"

01/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə "Xocavənd günü" adlı tədbir keçirilib.
Tədbir Dövlət himni ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Xocavəndin tarixi əhəmiyyəti, ərazisindəki tarixi və mədəni abidələr haqqında tələbələrə ətraflı məlumat verib. İbrahim Zeynalov çıxışında 30 il ərzində erməni vandalizminin işğal altında olan torpaqlarımıza vurduğu zərərdən danışıb, orada sürətlə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib.
Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov Vətənin hər bir qarışının dəyərli olduğunu vurğulayıb, Xocavəndin strateji əhəmiyyəti, Azərbaycanın ən qədim insan məskənlərindən olmasını diqqətə çatdırıb. Yaqub Mahmudov gənclərə tariximizi öyrənməyi, erməni saxtakarlıqlarına qarşı hərtərəfli mübarizə aparmağı tövsiyə edib.
Tədbirdə Vətən Müharibəsi iştirakçısı Qafqaz Rəsulov döyüş yolu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra fakültənin I kurs tələbələri Nigar Möhbalıyeva və Səbinə Əsgərova Xocavəndə həsr olunmuş şeir səsləndirib, bu qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin əvəzsiz rolunun olduğunu bildiriblər.  
Tədbirin sonunda Xocavənd rayonuna həsr olunmuş videoçarx nümayiş etdirilib.


Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026