Tarix fakültəsi çempion oldu

13/05/2012

Bu gün Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir. Futbol yarışlarında universitetin 17 fakültəsi və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil olunub.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tarix fakültəsi qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə jurnalistika və tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri tutub.

Mətbuat və İnformasiya şöbəsi, 13 may, 2012-ci il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026