Tarix fakültəsində 20 Yanvar qurbanları anılıb

19/01/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “20 yanvar faciəsi”nın 31-ci ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

Tədbiri Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev açaraq Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisəsinin keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı keçirdiyi hərbi təzavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalmasını qeyd edib. BU cinayətə öz etirazını bildirən Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ-nin ali rəhbərliyinə cinayət səbəbkarlarının cəzalandırılmasının tələb etməsinin, Ulu Öndərin ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinə siyasi qiymətin verilməsinə diqqət çəkən natiq 2006-cı ildə Prezident İlham Əliyevin 20 yanvar şəhidlərinin ailələri üçün Azərbaycan respublikasının prezidentinin təqaüdünün təsis edilməsi və 20 yanvar faciəsində əziyyət çəkimiş ailələrin dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.

Daha sonra məruzə ilə çıxış edən Tarix fakültəsinin dekanı vəzifəsini icra edən professor İbrahim Zeynalov bu faciənin baş vermə səbəblərinin tarixi aspektlərini açaraq o dövrdə SSRİ rəhbərliyinin onun tərkibində olan ittifaq respublikalarında baş verən milli-azadlıq hərəkatlarının iştirakçılarına qarşı qəddarcasına münasibət bildirilməsi və faciənin baş verdiyi gün 131 nəfərin ödürülməsi o cümlədən onlardan 20 nəfərinin qadın və uşaq olmasını, 600 dən çox vətəndaşın yaralanmasını, ödürülünlər arasında 5 millətin nümayəndəsinin olmasını bildirib. İbrahim Zeynalov çıxışında bu faciəyə Ulu Öndər tərəfindən hüquqi siyasi qiymətin verilməsindən, cənab prezident İlham Əliyev tərəfindən faciə qurbanarının ailələrinə göstərdiyi diqqətdən bəhs edib, daha sonra Vətən müharibəsində qazanılmış parlaq Qələbə və işğal olunmuş ərazilərin azad edilməsinin tarixi əhəmiyyətindən danışıb.

BDU-nun Humanitar məsələlər və gənclər siyasət şöbəsinin müdiri Ramin Səmədov tədbirin mahiyyətindən və faciəyə hüquqi siyasi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərinə diqqət çəkib.

Tarix fakültəsinin müəllimi Vasif Nəbiyev 20 yanvar faciəsinin baş vermə səbəbləri və eləcə də o dövrdə SSRİ məkanınıda baş verən milli azadlıq hərəkatıarının baş vermə proseslərinin Azərbaycan SSR-də baş vermiş milli azadlıq hərəkatı ilə eynilik təşkil etdiyini qeyd edib.

Daha sonra Tarix fakültəsinin I kurs tələbələri Səkinə Babayeva və Əfsanə Səfərova 20 yanvar hadisəsinin qan yaddaşımıza çevrilməsi və milli azadlıq mübarizə tariximizə şanlı hərflərlə yazıldığını vurğulayıblar.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə başa çatıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024