Tarix fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir

05/05/2022

Tarix fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir  
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev: Azərbaycanda dirçəlişə, keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcını qoyan düha" adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.  
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər, təhsil və elm siyasətindən, bu sahədə qazanılan mühüm uğurlardan bəhs edib.   
Milli Məclisin deputatı Naqif Həmzəyev öz çıxışında Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu, sabitliyin bərqərar olduğunu, xarici siyasətdə böyük uğurlar qazanıldığını vurğulayıb.  
Sonda Ümummilli liderə həsr olunmuş videoçarx izlənilib, xatirə şəkli çəkilib.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024