Tarix fakültəsində “Web of science” məlumat bazasından istifadə qaydaları barədə IV seminar-treninq keçirilib

17/02/2020

Fevral ayının 12-dən başlayaraq 3 gün ərzində «Dünya azərbaycanlıları: tarixi demoqrafiya» elmi-tədqiqat laboratoriyasının dosenti Səidə Quliyeva tərəfindən Tarix fakültəsində “Web of science” məlumat bazasından istifadə qaydaları barədə IV seminar-treninq keçirilib.

Seminar-treninq zamanı fakültə əməkdaşlarına və doktorantlara “Web of science” (Clarivate Analytics, keçmiş Thomson Reuters) bazasında mövzu, müəllif, jurnal və digər xüsusiyyətlərə uyğun axtarış aparmaq, çap üçün jurnal seçmək, "yırtıcı" jurnalları fərqləndirmək və digər proseslər izah edilib. Treninqlər zamanı əməkdaşlar fərdi olaraq vərdişlərini formalaşdıra biliblər, öz mövzularına uyğun jurnalların tapılması prosedurunu öyrəniblər.

Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il Sərəncamı ilə təsdiq edilən elmi dərəcələrin və elmi adların verilməsi barədə Əsasnamələrə əsasən iddiaçılar beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə məqalə dərc etdirməlidirlər.

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025