Tarix fakültəsində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Xocalı soyqırımı”nın 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarix fakültəsinin professoru İbrahim Zeynalov çıxış edərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə amansız qəddarlıqla divan tutublar.

Tarix fakültəsinin dosenti Sevda Hüseynova, fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən bəhs ediblər.

Sonda Xocalı hadisələri əsasında hazırlanmış videoçarx nümayiş olunub, tələbə Rauf Əliyev “Qarabağı vermərəm” adlı şeir səsləndirib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026