Tarix fakültəsinin birinci kurs tələbələri BDU-nun Heydər Əliyev muzeyini ziyarət ediblər
11/10/2022
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin I kurs tələbələri BDU-nun Heydər Əliyev muzeyini ziyarət ediblər.
Muzeyin direktoru Zəkiyyə Kərimova qeyd edib ki, BDU-nun Heydər Əliyev Muzeyi 1997-ci ildə Ulu öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Bildirilib ki, muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.
Muzeydə Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, bu böyük şəxsiyyət haqqında Universitet alimlərinin yazdığı kitablar tələbələrdə böyük təəssürat yaradıb.


Xəbərlər
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
