Tarixçi alimlər Polşada “Qafqaz: Tarix, Dəyişikliklər, Perspektivlər” adlı VI Beynəlxalq Konfransda iştirak ediblər

26/10/2017

Polşanın Jeşuv şəhərində “Qafqaz: Tarix, Dəyişikliklər, Perspektivlər” adlı  VI Beynəlxalq Konfrans keçirilib. Konfransda ölkəmizi Polşadakı Azərbaycan səfirliyinin məsləhətçisi Ülvi Baxşəliyev, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, “Azərbaycan tarixi “kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Aslanova və “Cənubi Qafqaz politoloqları” klubunun rəhbəri İlqar Vəlizadə təmsil ediblər. Tədbirin əsas məqsədi Qafqaz regionunda baş verən proseslərlə bağlı yeni elmi araşdırmalarla tanış olmaq, Polşa və Qafqazın elmi-tədqiqat mərkəzlərinin əməkdaşlığını inkişaf etdirmək, diskussiya və fikir mübadiləsinə şərait yaratmaq olub.

Konfransda Nikolay Kopernik adına Universitetin professoru Robert Rıbakın “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi. Təhlükəsizliyə təsir edən amillər” mövzusunda məruzə edib. Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və adıçəkilən fakültənin müəllimi Təhminə Aslanovanın bu istiqamətdəki çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, konfransın gedişində Jeşuv Universiteti ilə Bakı Dövlət Universiteti arasında gələcək əməkdaşlığın davam etdirilməsi, müxtəlif beynəlxalq proqramlar çərçivəsində tələbə mübadiləsinin həyata keçirilməsi, hər iki tərəfdən alimlərin, gənc tədqiqatçıların qarşılıqlı fəaliyyəti barədə razılıq əldə olunub.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2017-ci il.

Xəbərlər

Qürur və şərəf günü

Qürur və şərəf günü
20/01/2026

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”
20/01/2026

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20/01/2026