Tariximizin və taleyimizin hüznlü günü

31/03/2010

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətlərdən olan 1918-ci il 31 mart soyqırımından danışıb. Akademik bildirib ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. «Məzlum xalq» adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Daha sonra rektor Abel Məhərrəmov tarixin müxtəlif mərhələlərində ermənilərin  azərbaycanlılara qarşı həyata keçirilən qətliamlardan bəhs edib. Rektor bildirib ki, 1918-ci il mart-aprel soyqırımına  isə əsl siyasi hüquqi qiymət Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi: «Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırım haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi.Hər il martın 31-ni Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Prezident İlham Əliyev dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, 10 illiklər boyu formalaşmış stereotipləri və yalnış siyasi yanaşmaları dəyişdirməyə çalışır. İlham Əliyev bütün görüşlərində xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır». Rektor qeyd edib ki, bu gün bizim qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımları haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, böyük dövlətlərin ikili standartlarına qarşı mübarizə aparmaqdır. Daha sonra  tarix elmləri doktoru, professor Cəmil Həsənli məruzə edərək illər boyu ermənilərin törətdikləri vəhşiliklərdən danışdı. 1918-ci ildə mart hadisələrinin iki il sonra ildönümünün bütün dövlət müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Universistetində də qeyd edildiyni xüsusi vurğuladı. Millət vəkili ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildirdi. Tələbələrin çıxışları dinlənildi. Tədbirin sonunda filologiya faklütəsinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

“Mətbuat xidməti”

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024