TƏBİB-in şöbə müdiri BDU-da təlim keçib

21/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə TƏBİB-in Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Oğuz Heydərli “İş dünyası çağırır” mövzusunda təlim keçib. Təlimin keçirilməsində məqsəd tələbələrə karyera quruculuğu, əmək bazarının müasir tələbləri haqqında praktiki tövsiyələr vermək olub.

Tədbirin açılışında Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlara yönəlmiş karyera xidmətləri haqqında məlumat verib.

Təlimçi müxtəlif sahələr üzrə mövcud əmək münasibətləri, iş mühitində gözləntilər, əmək hüquqları və peşə etikası barədə ətraflı məlumat verib. Bildirib ki, texnologiya və rəqəmsallaşma dövründə əmək bazarı daha çevik, tələbkar və rəqabətli hal alıb. Məhz bu dəyişikliklər tələbə və məzunlardan həm peşə biliklərinə dərindən yiyələnməyi, həm də gələcəyin bacarıqlarını inkişaf etdirməyi tələb edir.

Təlimçi müasir dövrdə tənqidi və strateji düşünmənin, rəqəmsal dünyaya adaptasiyanın, komanda və liderlik keyfiyyətlərinin, analitik təhlil, ünsiyyət bacarıqlarının iş dünyasının əsas seçim meyarlarına çevrildiyini qeyd edib. Xüsusi olaraq vurğulayıb ki, iş dünyası yalnız bilikli deyil, həm də təşəbbüskar, yenilikçi və özünün inkişafına yatırım edən gəncləri axtarır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026