“Təbiətin memarlığı: Qarabağda vernakulyar memarlığın formalaşması” - BDU-da ustad dərsi

20/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Milan Politexnik Universitetinin doktorantı, ekoloji memarlıq eksperti Anar Yusiflinin “Təbiətin memarlığı: Qarabağda vernakulyar memarlığın formalaşması” mövzusunda ustad dərsi keçirilib.

Əvvəlcə Anar Yusifli vernakulyar memarlıq anlayışının mahiyyətini izah edib, bu memarlıq növünün yerli iqlim, coğrafi şərait, mövcud tikinti materialları və xalqın həyat tərzi ilə sıx bağlı şəkildə formalaşdığını vurğulayıb. O, Qarabağ bölgəsinin özünəməxsus relyefi, iqlim müxtəlifliyi və təbii resurslarının burada yaranmış memarlıq nümunələrinə birbaşa təsir etdiyini konkret faktlar və nümunələrlə diqqətə çatdırıb. Memarlıqda təbiətlə harmoniyanın qorunmasının vacibliyini vurğulayıb, ənənəvi tikililərin landşaftla uyğunluğunu və ətraf mühitə minimum müdaxilə prinsiplərini müasir dövr üçün də aktual nümunə kimi təqdim edib. O, bu irsin yalnız tarixi-mədəni dəyər daşımadığını, eyni zamanda müasir şəhərsalma və davamlı inkişaf strategiyalarında tətbiq edilə biləcək mühüm təcrübə olduğunu bildirib.

Anar Yusifli Qarabağda aparılan bərpa və yenidənqurma proseslərində vernakulyar memarlıq elementlərinin qorunmasının əhəmiyyətinə toxunub, milli memarlıq kimliyinin saxlanılmasının vacibliyi vurğulayıb. Bununla yanaşı, ənənə ilə müasirliyin balanslaşdırılmasının düzgün yanaşma tələb etdiyini qeyd edib.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026