TEDxBDU layihəsinin təqdimatı

02/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə TEDxBDU layihəsinə həsr olunmuş tədbir keçirilib.

TGT-nin “Natiqlik klubu” tərəfindən icra olunan layihə Azərbaycan Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" qrant müsabiqəsinin qalibi olub. TEDxBDU layihəsinin əsas tərəfdaşları Azərbaycan Gənclər Fondu, TED beynəlxalq platforması, BDU-nun Tələbə Gənclər Təşkilatı və “İrəli” İctimai Birliyidir. Layihənin rəhbəri BDU-nun məzunu, “Natiqlik klubu”nun sədri olmuş Hüseyn Bağırovdur.

Tədbirdə çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov BDU-da həyata keçirilən sosial layihələrdən danışıb, TEDx platformasının  tələbələrin lider kimi yetişməsində əhəmiyyətindən bəhs edib.

Daha sonra TedxBDU layihəsinin təlimçiləri Sara Rəcəbli, Hüseyn Bağırov, Rövşən Şərif, Həsən Hüseynsoy, Ofeliya Əliyeva və Elgün Tağızadə intellekt, psixologiya, ingilis dili, sosial sahibkarlıq mövzularında çıxışlar ediblər.

Qeyd edək ki TEDx platforması dünyada tanınan nüfuzlu platformadır və  kiçik çevrədə yaranan unikal ideyaların geniş kütləyə çatdırılması məqsədi daşıyır. TEDx-in əsas məqsədi dəyərli fikirləri insanlara çatdırmaq, eyni zamanda müsbət dəyişikliklərə nail olmaqdır.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026