“TEKNOFEST-2025”in qalibi olan BDU komandası böyük coşqu ilə qarşılanıb

22/09/2025

17 – 21 sentyabr tarixlərində Türkiyədə keçirilən “TEKNOFEST-2025 İstanbul” Aerokosmik və Texnologiya Festivalında Bakı Dövlət Universitetini (BDU) uğurla təmsil edərək böyük qələbə qazanan komandamız Vətənə qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BDU-nun qalib TEKNOFEST komandasının üzvlərini Universitetin tələbə və əməkdaşları böyük təntənə və sevinclə qarşılayıblar.

Qeyd edək ki, dünyanın 96 ölkəsindən 565776 komandanın müraciət etdiyi festivalda BDU-nun “BSU SSTCC” komandası iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinini həyata keçirən “NeuroScreen” layihəsi ilə “Əngəlsiz həyat texnologiyaları kateqoriyası üzrə I yerə layiq görülüb. Bu böyük uğura imza atan komandamızın üzvləri İlyas Nəsibov, Reyhan Mirsultanova, Cəmil Cəfərli və Tahir Əliyevdir.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026