“TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Yusuf Polat BDU tələbələri ilə görüşüb

18/11/2022

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının ve T3 Fondunun Azərbaycandakı rəsmi nümayəndəsi, “Bilim Bakı” Mərkəzinin direktoru Yusuf Polat BDU tələbələri ilə görüşüb.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov qonağı salamlayıb, Universitet haqqında ətraflı məlumat verib. “TEKNOFEST Azərbaycan” festivalına qatılan BDU komandaları və onların uğuru haqqında qonağı məlumatlandırıb. Diqqətə çatdırılıb ki, BDU-nun 9 komandası “TEKNOFEST Azərbaycan”ın final mərhələsində iştirak edib. Onlardan biri festivalda 2-ci, biri isə 3-cü yerə layiq görülüb.
Daha sonra Yusuf Polat tələbələrə festivalın tarixindən, məqsədindən və gələn il may ayında İstanbulda keçiriləcək “TEKNOFEST 2023” yarışmasından danışıb, bütün tələbələri bu festivalda iştiraka dəvət edib. Festifala hazırlaşan tələbələr öz layihələri ilə bağlı Yusuf Polata müxtəlif suallar ünvanlayıblar.
Qeyd edək ki, “TEKNOFEST 2023”də iştirak məqsədilə BDU-da 20-dən çox komanda hazırlaşır.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
20/08/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026