THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08/10/2025

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Universitetin beynəlxalq əməkdaşlıqları və qlobal mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu təşəbbüsləri barədə müsahibəsini dərc edib.

Müsahibə “Beynəlxalq tərəfdaşlıqlar Bakı Dövlət Universitetinin qlobal izini möhkəmləndirir” (“Global partnerships cement Baku State University’s international footprint”) adlı məqalə şəklində dərc olunub. Məqalədə BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsi, elmi potensialının güclənməsi və strateji tərəfdaşlıqlarının Universitetin qlobal rəqabət qabiliyyətini artırdığı vurğulanır.

Məqalədə BDU-nun rektoru Universitetin missiyasının əsasını beynəlmiləlləşmənin təşkil etdiyini qeyd edərək bildirib ki, “BDU-nun inteqrə olunmuş təhsil yanaşması onun akademik proqramlarının ən yüksək beynəlxalq standartlara cavab verməsini və qlobal rəqabət qabiliyyətini qorumasını təmin edir”. Bu əməkdaşlıqlar tələbə və müəllim mübadiləsini, birgə elmi tədqiqatları və beynəlxalq standartlara uyğun tədris proqramlarını əhatə edir. Həmçinin qeyd olunub ki, BDU beynəlxalq tələbə və tədqiqatçılar üçün mühüm elmi mərkəzə çevrilib. Hazırda Universitetdə bir çox ölkədən tələbələr təhsil alır, bu da BDU-nun çoxmədəniyyətli mühitini daha da zənginləşdirir. BDU rektoru bildirib ki, Universitet BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və qlobal reytinq göstəricilərinə uyğun fəaliyyətini məlumatlara əsaslanan analitik sistemlər vasitəsilə izləyir və təkmilləşdirir: “Universitetin fəaliyyətinin təkmilləşdirilməsi məlumatlara əsaslanır, şəffafdır və ən yaxşı qlobal təcrübələrlə uzlaşır”.

Məqalənin tam mətnini oxumaq üçün aşağıdakı keçidə daxil olun:

https://www.timeshighereducation.com/research/baku-state-university/global-partnerships-cement-baku-state-universitys-international-footprint

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026