THE-nin “Qlobal Davamlı İnkişaf Konqresi”ndə BDU təcrübəsindən danışılıb

13/06/2024

Tailand Krallığının paytaxtı Banqkok şəhərində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir. 3 gündür davam edən Konqresdə 3000-dən çox nümayəndə və 350-dən artıq məruzəçi iştirak edir.

Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Konqresdə məruzəçi kimi BDU-da Davamlı İnkişaf Məqsədləri ilə bağlı görülən işlərə, perspektiv hədəflərə dair təqdimatla çıxış edib. Rektorun müşaviri çıxışında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər barədə məlumatı və BDU-nun “QS dayanıqlılıq reytinqi 2024” (QS Sustainability Ranking) və “THE Impact Ranking 2024” nəticələri üzrə uğurlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək
28/09/2026

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
28/09/2026