Təhsil mütəxəssisləri BDU-da imtahan prosesini izləyib

12/01/2016

Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrində nəzərdə tutulduğu kimi təhsil mütəxəssisləri və QHT nümayəndələrindən ibarət monitorinq qrupu bu gün Bakı Dövlət Universitetində qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

“Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, təhsil üzrə ekspert Nadir İsrafilov əvvəlcə imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyib, sonra imtahan keçirilən auditoriyalarda olub və tələbələrlə görüşüblər.

Nümayəndə heyəti, eyni zamanda, universitetin elmi-tədqiqat və tədris laboratoriyalarına, mərkəz və muzeylərinə baş çəkiblər.

Daha sonra monitoriq qrupunun üzvləri  ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun görüşü olub. Rektor universitetin maddi-texniki bazası, kadr hazırlığı, beynəlxalq əlaqələri barədə danışıb, o cümlədən imtahanların gedişi və bu  istiqamətdə görülən işlərdən bəhs edib.

Monitorinq qrupunun üzvləri imtahan prosesinin təşkilindən məmnunluqlarını bildirib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Tədris Elektron Mərkəzinin fəaliyyətindən, apellyasiya və qərargahın işindən razılıqlarını bildiriblər. Bakı Dövlət Universitetinin güclü maddi-texniki bazaya malik olduğunu deyən ekspertlər, mütəxəssis hazırlığı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, nəzəri biliklərin təcrübədə tətbiqi istiqamətində həyata keçirilən layihələrdən, yerli və beynəlxalq qrant layihələrində iştirakdan məmnun qaldıqlarını vurğulayıblar.

Mətbuat və informasiya şöbəsi, 12 yanvar 2016.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026