Təhsil Nazirliyi Bakı Dövlət Universitetində "SABAH" qruplarının təqdimat mərasimini keçirib

08/05/2014

Bu gün Bakı Dövlət UniversitetindəTəhsil Nazirliyinin Azərbaycan dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın çıxışından sonra Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov təqdimat edib. O, təhsilin keyfiyyətini daha da artırmaq, dəyişən, çevik iqtisadiyyata uyğun kadrların hazırlanması, tələbələr arasında sağlam rəqabətin yaradılması məqsədilə belə qrupların yaradılmasının zəruriliyini qeyd edib. S.Gözəlov elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə “SABAH” qruplarına seçilmiş tələbələrin ikinci kursdan təhsillərini davam etdirəcəklərini söyləyib. Bildirib ki, bu qruplar 34 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla 5 ixtisas qrupunu, ümumilikdə, 20 minə yaxın tələbəni əhatə edəcək. 52 ixtisası əhatə edəcək qruplardan 22-nin Bakı Dövlət Universitetində cəmləşməsi nəzərdə tutulub. Bölgələrdə yaşayan və sosial təminatı az olan tələbələr üçün güzəştlər olacaq, onlar yataqxana ilə təmin olunacaqlar.

Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq: əvvəlcə tələbə qeydiyyatdan keçəcək, ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq, 3-cü mərhələdə isə şifahi müsahibədə iştirak etməli olacaq. Dərslər yerli müəllimlər tərəfindən aparılacaq, o cümlədən xarici universitetlərin mütəxəssisləri də mühazirələr oxuyacaqlar. Sülhəddin Gözəlov artıq müvafiq universitetlərdə “SABAH” mərkəzlərinin yaradıldığını qeyd edib.

Məlum olub ki, “Təbiət” və “Humanitar və sosial” ixtisaslar üzrə SABAH qruplarının formalaşdırılması ilə əlaqədar bu qruplarda tədrisin təşkili və SABAH qrupları ilə əlaqələndirmənin həyata keçirilməsini yerinə yetirmək məqsədilə Bakı Dövlət Universitetinin əməkdaşları: Fizika fakültəsi, “Optika və molekulyar” fizika kafedrasının professoru Rəna Qasımova, Jurnalistika fakültəsi, “Televiziya və radio jurnalistikası” kafedrasının müdiri Aynur Kərimova, Mexanika-riyaziyyat fakültəsi, “Hesablama riyaziyyatı” kafedrasının baş müəllimi Elvin Əzizbəyov fəaliyyət göstərəcəklər.

İmtahanların 5-15 iyul tarixlərində keçirilməsinin planlaşdırıldığını deyən S.Gözəlov Təhsil Nazirliyinin saytının tərkibində “SABAH” qruplarının fəaliyyəti ilə bağlı səhifənin istifadəyə verildiyini də diqqətə çatdırıb. Sonda tədbirdə iştirak edən müəllim və tələbələrin sualları cavablandırılıb.

Mətbuat və İnformasiya şöbəsi, 08 may, 2014-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024