Təhsil Nazirliyi və Azərbaycan ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Parisdə olublar

27/02/2015

“Azərbaycan günü” tədbirləri çərçivəsində Parisdə səfərdə olan Təhsil Nazirliyi və Azərbaycan ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti fevralın 26-da Pyer və Mari Küri Universitetində görüş keçirib.

Universitetin prezidenti Jan Şambaz Azərbaycan nümayəndə heyətinə məlumat verərək bildirib ki, ali məktəbdə müxtəlif ixtisaslar üzrə 34 min tələbə təhsil alır. Ali məktəbin ümumi fəaliyyətindən söz açan J.Şambaz universitetdə 100 elmi-tədqiqat laboratoriyasının mövcud olduğunu qeyd edib.

Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun direktoru Raja Şatila rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, aparılan elmi araşdırmalar, robot texnikası barədə təqdimatla çıxış edib.

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ali təhsil müəssisəsinin elmi-tədqiqat və robot hazırlığı laboratoriyaları ilə yaxından tanış olub, təhsil müəssisəsinin müvafiq sahədəki iş təcrübəsi haqqında məlumat əldə ediblər.
Sonda Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və İnformasiya şöbəsi, 27 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024