Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllim və şagirdləri ilə görüşüb

28/11/2024

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi son illər istedadlı şagirdlərin aşkar olunması və onların potensialından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Bakı Dövlət Universitetində (BDU) Əməkdar müəllim, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevlə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd şagirdlərdə nazirliyin, Təhsil İnstitutunun həyata keçirdiyi layihələrə, olimpiada hərəkatına marağının gücləndirilməsidir.

Görüşdə “Gənc istedadlar” liseyinin elmə, biliyə xüsusi həvəsi olan şagirdləri və müəllim kollektivi iştirak edib.

Liseyin direktoru Fuad Babayev məktəblilərin beynəlxalq və Respublika fənn olimpiadalarına, "Sabahın alimi" və digər müsabiqələrə hazırlığının əhəmiyyətindən söz açıb.

Sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev istedadlı uşaqların aşkara çıxarılması ilə bağlı görülən işlər, beynəlxalq və Respublika fənn olimpiadalarının keçirilmə mexanizmi, formatı haqqında şagirdlərə məlumat verib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!
12/08/2026