Təhsil sərgisi başa çatıb və BDU “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib

09/10/2017

Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisi (“Education 2017”) işini yekunlaşdırıb. “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub.Sərgidə Bakı Dövlət Universitetinin, ümumilikdə 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim ediblər.

Xatırladaq ki açılışda iştirak edən təhsil naziri Mikayıl Cabbarov və sərgi iştirakçıları müxtəlif stendlərlə tanış olublar. Bakı Dövlət Universitetinin stendi təqdim edildikdən sonra rektor, akademik Abel Məhərrəmov universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib. Sonra əyani təcrübələr aparılıb.

Oktyabrın 8-də işini yekunlaşdıran sərgidə Bakı Dövlət Universiteti iştirakına görəvə “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.


Mətbuat və informasiya şöbəsi, 09 oktyabr 2017-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024