Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib

29/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə  İnformasiya və sənəd menecmenti, Coğrafiya, Tətbiqi riyaziyyat və kibernetika, Filologiya fakültələrinin Təhsil Tələbə Kredit Fondundan yararlanan tələbələri üçün Fond əməkdaşları tərəfindən CV-nin hazırlanması qaydalarına dair təlim keçirilib.

Qeyd olunub ki, CV-nin tərtib edilməsi prinsiplərinin, quruluş və ardıcıllığının, düzgün yazı üslubunun öyrənilməsi hər bir tələbənin karyerasında uğurlu məqamdır. Təlimçilər CV-nin hazırlanması, iş axtarışı və müsahibə zamanı diqqət edilməli məqamlar, hədəflərin düzgün seçilməsi, özünüinkişaf və karyera yüksəlişi barədə məlumat veriblər. Təlimdə CV-nin tərtibində yol verilən səhvlər və onların aradan qaldırılması yolları izah olunub, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026