TİKA əməkdaşları BDU-da

18/03/2014

Bu gün rektor, akademik Abel Məhərrəmovun Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin (TİKA) əməkdaşları – koordinator Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürlek ilə görüşü keçirilib. Rektor Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib, burada işləyən professor-müəllim heyətinin son illər əldə etdiyi uğurlardan bəhs edib. Rektor universitetin beynəlxalq əlaqələrinin inkişaf etdiyini, o cümlədən Türkiyə Universitetləri ilə uğurlu əlaqlər qurulduğunu və bu istiqamətdə münasibətlərin yüksələn xətlə davam etdirildiyini nəzərə çatdırıb.

Koordinator Mustafa Haşim Polat öz növbəsində uzun illər sonra yenidən Azərbaycanda olmasından və ölkədə bir çox sahələrdə müsbət yeniliklərin şahidi olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, TİKA yüzdən artıq ölkə ilə müxtəlif sahələrdə, o cümlədən universitetlər ilə əməkdaşlıq edir, universitetlərin maddi-texniki bazalarının daha da inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirir. Qocaman təhsil və elm ocağı olan Bakı Dövlət Universitetilə də bu baxımdan əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib. Görüşdə BDU ilə TİKA-nın birgə layihəsi çərçivəsində Bakı Dövlət Universitetində Telestudiyanın yaradılması, Jurnalistika fakültəsində radiostudiyanın maddi- texniki bazanın yeniləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Rektor Abel Məhərrəmov nəzərdə tutulan layihə nəticəsində universitetin teleradio studiyasında texniki imkanların daha da inkişaf etdiriləcəyi, Jurnalistika fakültəsinin tələbələrinin təcrübə imkanlarının genişlənəcəyini nəzərə alaraq qaldırılan məsələləri rəğbətlə qarşılayıb, studiyanın müasir standartlara cavab verməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün universitetin də maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib. Sonda layihənin gerçəkləşdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul edilib. Qeyd edək ki, görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülheyran Rəhimova, Televiziya və radiojurnalistikası kafedrasının müdiri Aynur Kərimova da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 18 mart 2014-cü il.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024