Tələbə Həmkarlar İttifaqı Komitəsi ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib.

12/12/2010

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatının yeddinci ildönümünə həsr olunmuş anım dədbirini giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bu böyük, dahi şəxsiyyətin keçdiyi həyat yolundan, onun fəaliyyətindən toplantı iştirakçılarına məlumat verdi. Sonra idarə heyəti və büro üzvləri ilə birlikdə ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad olundu.Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin ölkəmizin çiçəklənməsi yolunda əzmlə çalışdığını, xalqın rifahı naminə gördüyü işlərdən danışan Daşqın Qənbərov bu böyük şəxsiyyətin keçdiyi yolun müstəqil və suveren Azərbaycan yolu, azərbaycançılıq yolu olduğunu söylədi.“Bu gün biz müstəqil və demokratik, suveren bir ölkənin vətəndaşlarıyıq. Sərbəst təhsil ala, firavan yaşaya bilirik. Vətənimizin hər bir diyarı gündən-günə çiçəklənir. Ölkəmiz inkişaf göstəricilərinə görə nəinki Qafqazda, hətta dünyada önəmli yerə malikdir. Kiçik bir hissəsini adaladığım bütün bu reallıqlara görə bizlər ulu öndərin ruhuna borcluyuq. Onun uzaqgörən siyasəti Azərbaycanın gələcək inkişafını müəyyən etdi.O, böyük şəxsiyyət idi. Xalqın dühası idi. Bir lider olaraq xalqı öz arxasınca apara bilirdi, əlli milyonluq azərbaycanlıların, həqiqi mənada, inamını qazanmışdı. Onun qurub-yaratmış olduğu Azərbaycanın bu gün qüdrətli ordusu var. Heydər Əliyev hər kəsin edə bilməyəcəyi unudulmaz bir yaxşılıq etmişdi azərbaycanlılara. O, “Azərbaycan” adlı möhtəşəm bir şah əsər yaratmışdı. O əsər ki, indi biz gənclərə ərmağan olunmuşdur, bizlərə etbar edilmişdir.Əfsuslar olsun ki, yeddi il öncə soyuq bir qış günündə Heydər Əliyev bizləri tərk etdi, azərbaycanlıları, onu sevən xalqını tərk etdi. O, əbədiyyətə qovuşmuşdu. Bu əbədilik xalqın gözündə, xalqın yaddaşındadır və heç zaman da silinməyəcəkdir.”Heydər Əliyevin yaddaşlarda daima Vətənini, xalqını sevən uzaqgörən siyasətçi, gözəl ailə başçısı, istiqanlı bir insan kimi, bir sözlə, bir Lider kimi qaldığını söyləyən sədr Fəxri Xiyabanda onun şərəfinə ucaldılmış məğrur abidənin simvolik mənasından danışdı.“Bu abidə bizim and yerimiz, Vətənə, xalqa sevgi, sədaqət rəmzidir. Bu abidə birliyimizin, dahilərə hörmətin təcəssümüdür.”Sonra çıxış üçün tələbələrə söz verildi. Öz növbəsində tələbələr də bu uzaqgörən insanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, ulu öndərin insan kapitalının inkişafında gördüyü əməli işlərdən danışdılar. “ Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, hazırda Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin ən böyük və dahi məzunu, öz xalqına, millətinə, Vətəninə, onun mədəniyyət və mənəviyyatına son dərəcə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, bir sözlə, dünya azərbaycanlılarının Lideri Heydər Əlirza oğlu Əliyevdir.Sonda anım tədbirinə qatılan hər kəsə öz minnətdarlığını bildirən THİK sədri bu tədbirin biz gənclər üçün önəmindən söz açdı.Bununla da ulu öndər Heydər Əliyevin vəfatının yeddinci il dönümünə həsr olunmuş anım tədbiri sona yetdi.


Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024