Tələbə Həmkarlar İttifaqi Komitəsi “ilin tələbəsi” müsabiqəsini elan edib

02/12/2010

Bakı Dövlət Universiteti

Tələbə Həmkarlar İttifaqı Komitəsi ( BDU THİK )

tələbələr arasında sağlam rəqabət yaratmaq, onların elmə, təhsilə

marağını artırmaq və fərqlənən tələbələrin fəaliyyətini qiymətləndirmək

məqsədi ilə“İlin ən yaxşı tələbəsi” müsabiqəsini

elan edir.

Müsabiqə 2 turdan  ibarətdir:

- I turda tələbələr arasında anket-sorğu keçirməklə namizədlər müəyyənləşdiriləcək.  Namizədlərdən ən çox səs toplamış 10 tələbənin namızədliyi qeydə alınır (namizəd minimum 15 və ya daha çox səs toplamalıdır) və  bu şəxslər II turda iştirak etmək hüququ qazanırlar.  II tur ərzində namizədliyi qeydə alınmış 10 nəfər xüsusi ayrılmış yerdə informasiya afişaları asmaq və dərslərə maneə olmadan tələbələr ilə söhbət aparmaq, təbliğat – təşfiğat kampaniyalarını həyata keçirə  bilərlər.

- II turda namizədliyi qeydə alınmış 10 nəfər icərisindən  fakültə tələbələrinin səs vermə yolu ilə müəyyən etdiyi ən cox səs toplamış 5 nəfər ilin ən yaxşı tələbəsi seçiləcək.

Qaliblər  mükafatlandırma  mərasimində diplom və fəxri döş nişanı ilə təltif olunacaqlar.

QEYD:- Seçki zamanı  sələrin   bərabərliyi halı ilə rastlaşılarsa, olimpiada və elmi konfransların qalibi olan tələblərə üstünlük veriləcək.

Namizədlərlə bağlı irəli sürülən tələblər:

Seçici qismində iştirak edən tələbələr, namizədliklərini irəli sürdükləri tələbələrin tədris göstəricilərini, nümunəvi davranışlarını, ictimai fəaliyyətlərini və s nəzərə alaraq öz seçimlərini etməlidirlər.

Sözü gedən tələblərə cavab verməyən namizədlərin nəticələri ləğv olunacaq.

Ətraflı  məlumat  üçün Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilərsiz.

Ünvan: əsas tədris binasi, I mərtəbə

 

Tələbə Həmkarlar İttifaqı Komitəsi

İctimai əlaqələr Departamenti

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024