“Tələbədən Tələbəyə”nin “Sosial Media” təlimi keçirilib

16/05/2019

“Tələbədən Tələbəyə” onlayn media təlimlərinin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş 7-ci buraxılışının sonuncu təlimi baş tutub.

Təlim iki hissədən ibarət olmaqla “Sosial media nəzəriyyəsi” və “Sosial media menecerliyi” mövzularını əhatə edib.

Birinci hissədə təlimçi, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağa iştirakçılarla sosial media nəzəriyyəsi sahəsindəki biliklərini bölüşüb. Təlim çərçivəsində qloballaşma, informasiya cəmiyyətinin formalaşması prosesi fonunda sosial media, sosial medianın təsnifatı, növləri və mahiyyəti barədə məlumat verən təlimçi daha sonra tələbələrə sosial medianın tarixi-məntiqi kökləri və fəlsəfi təhlili haqqında danışıb. N.Ağa təlim mövzusunun onun dissertasiya mövzusu olduğuna diqqət çəkərək sosial medianın nəzəri araşdırmaları ilə bağlı da söhbət açıb.

İkinci hissədə təlimçi Təhminə Quliyeva isə iştirakçılara sosial media menecmenti, sosial media menecerinin diqqət etməsi gərəkən məsələlər, sosial mediada reklam və marketinq, praktik iş mövzusunda danışıb.  O, şəxsi SMM təcrübəsini də tələbələrlə bölüşərək bir sosial media menecerinin öhdəliyində olan nüanslar və SMM-likdə uğurun yolları barədə məlumat verib.

Təlimin sonunda iştirakçılardan təlimdə yaddaqalan hissələr soruşulub və püşkatma nəticəsində qrup rəhbərləri təyin edilərək yekun tapşırıqlar verilib.

Mətbuat və informasiya şöbəsi, 16 may 2019-cu il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026