Tələbələr “Eko Park”da çöl tədris təcrübəsində

28/04/2022

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri Ekoloji kimya kafedrasının professoru Qiyas Bayramovun rəhbərliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində çöl tədris təcrübəsində iştirak ediblər.

Təcrübə zamanı Mərkəzin əməkdaşları Səyavuş Əlizadə və Xaliq Aslanov tələbələrə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin qaydaları haqqında məlumat verib, onları əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla tanış ediblər.

Daha sonra tələbələr mərkəzin əməkdaşlarının rəhbərliyi ilə 9.3 hektar əraziyə malik olan “Eko Park”da fidanlıq, istixana və alternativ enerji qurğularının yerləşdiyi ərazilər, rəssamlar bağı, Abşeron bağında əkin proseduru və qaydaları ilə tanış olublar. Mərkəzin əməkdaşları tələbələrə bitkilərin yetişdirilməsi, toxum səpini, calaqların vurulması və müşahidələrin aparılması, tinglərin daha geniş qablara köçürülməsi, suvarma qaydaları, süni göl və çayın funksiyalarını izah ediblər.

Sonda tələbələr Mərkəzin yaxınlığında yerləşən, əvvəllər neftlə çirklənmiş torpaqların yenidən bərpasından sonra 20 hektar sahədə salınmış ağaclıq ərazidə olub, aqrotexniki qulluq haqqında məlumat əldə ediblər.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026