Tələbələr müsabiqədə iştirak ediblər

19/04/2012

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universitetinin bakalavr, magistratura və doktorantura pillələri üzrə xaricdə təhsil almaq istəyən universitet tələbələrinin və gənc tədqiqatçıların ingilis, alman və fransız dilləri üzrə tələb olunan sertifikatlarının əldə edilməsi məqsədi ilə BDU-da dil kurslarının təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İ.Əliyeva, İngilis dili kafedraların müdirləri A.Abbasov, B.Hacıyev, Alman və fransız dili kafedrasının müdiri E.Fərəcullayeva, Xarici tələbələrlə iş üzrə dekan G.Rəhimova, Hüquq fakültəsinin dekan müavini G.Kərimov, Xarici tələbələrlə iş üzrə dekan müavini K.Eyyubov və Beynəlxalq əlaqələr və koordinasiya departamentin rəhbəri S.Yusifovanın iştirakı ilə tələbələr üçün müsabiqə təşkil olunmuşdur. Müsabiqədə 100 yaxın tələbə iştirak etmişdir.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026