Ötən il BDU beynəlxalq əməkdaşlığı genişləndirib

12/01/2023

2022-ci ildə Bakı Dövlət Universiteti (BDU) dünyanın 15-dən çox ölkəsinin 30-dək nüfuzlu ali təhsil müəssisəsi və təşkilatı ilə əməkdaşlığa dair müvafiq sənədlər imzalayıb.

Bu sənədlərdən 5-i “Erasmus+” beynəlxalq tələbə-müəllim mübadilə proqramı çərçivəsində əməkdaşlığı nəzərdə tutur. BDU ötən il Türkiyə, Qazaxıstan və Özbəkistan universitetləri ilə daha çox müqavilə imzalayıb. Ötən il BDU-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrası yaradılıb. Bu, BDU ilə ISESCO arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Həmçinin Erasmus+ Jean Monnet proqramı üzrə Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) elan etdiyi müsabiqənin qalibi olan “Green oriented studies in EU” (Avropa Birliyində “Yaşıl araşdırmalar”) layihəsinin icrası ilə bağlı qrant müqaviləsi imzalanıb.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026