Ötən il BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin elmi fəaliyyəti məhsuldar olub

13/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən dekan Akif Ağbabalı “Elm günü” nün təsis edilməsinin əhəmiyətindən danışıb, bildirib ki, əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə imkan yaradır. Akif Ağbabalı 2024-cü il üzrə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin elmi fəaliyyətinin məhsuldar olduğunu diqqətə çatdırıb.

Daha sonra Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı çıxış ediblər. Çıxışçılar Azərbaycanda və dünyada elm və təhsilin formalaşması, inkişaf tarixindən, ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan bəhs ediblər. Onlar gənc tədqiqatçıların elmin inkişafındakı əhəmiyyətindən, fakültənin istiqamətlərinə uyğun ekoloji kimya elminin inkişaf edərək təməl elmlərdən biri olması istəyindən və Azərbaycan elminin bu günlərə gəlib çatmasında Milli Elmlər Akademiyasının rolundan ətraflı danışıblar.

 

Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026