Tokyo Boeki Ltd-nin nümayəndələri BDU-da

22/11/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiya firması olan Tokyo Boeki Ltd-nin Kiyev nümayəndəliyinin icraçı direktoru Şpak Aleksey Anatolyeviçi və firmanın satış üzrə meneceri Tinkov Vitali Aleksandroviçi qəbul edib. Firmaları haqqında məlumat verən icraçı direktor onun  1947-ci ildə yarandığını və dünyanın bir çox ölkələrində nümayəndəliklərinin olduğunu deyib. Satış üzrə menecer Tinkov Vitali Aleksandroviç isə Tokyo Boeki Ltd firmasının avadanlıqlarını kimya, fizika, biologiya, geologiya fakültələrinə təklif edərək malların keyfiyyətindən və  istehsal etdikləri cihazlara olan maraqdan bəhs edib. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları  üzrə prorektor, professor İradə Əliyeva və Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Məhəmmədəli Ramazanov da iştirak edib. Qeyd edək ki, daha sonra qonaqlar Nanoaraşdırmalar laboratoriyasında seminar keçiriblər.

 

Mətbuat və İnformasiya şöbəsi, 22 noyabr 2011-ci il

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026