“Türk dünyası milli kitabxanaları” adlı monoqrafiya işıq üzü görüb

24/11/2016

Müasir dövrdə milli-mədəni irsin toplanması, mühafizəsi və təbligi sahəsində Milli Kitabxanaların rolu sürətlə artmaqdadır. Dünya milli kitabxanaları qlobal informasiya məkanında həlledici xüsusi çəkiyə malikdir və bu proses yeni texnologiyaların tətbiqi ilə daha da genişlənməkdədir.

Bu baxımdan Əməkdar elm xadimi, professor Abuzər Xələfov və dosent Pərviz Kazıminin  geniş oxucu kütləsinin istifadəsinə təqdim olunan “Türk dünyası milli kitabxanaları” adlı hazırkı monoqrafiya müəlliflərin müasir kitabxana­şünaslıgın gündəm yaradan bir əsəri kimi diqqətəlayiqdir. Monoqrafiya Azərbaycan milli kitabxanaşünaslıgının banisi, Əməkdar elm xadimi, BDU-nun fəxri professoru A.A.Xələfov növbəti dəfə, yaratmış oldugu elmi məktəbin yenilikçi-navator bir məktəb oldugunu əməli işlə nümayiş etdirdi. Təqdim olunan əsər ilk dəfə milli kitabxanalarının ümumi cəhətlər çərçivəsində öyrənilməsini və inteqrasiyası məsələlərini gündəmə gətirir. Ilk dəfə Azərbaycanda türkdilli dövlətlərin Milli kitabxanaları tədqiqata cəlb edilir və Milli kitabxanaların inteqrasiya və əməkdaşlıq problemi öyrənilir. Son zamanlar respublikamızın kitabxanalarında türk dünyası kitab və kitabxana mədəniyyətinin öyrənilməsinə və təbliğinə dair çox qiymətli elektron vəsaitlər hazırlanır. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident kitabxanasının hazırladığı “Türk xalqlarının kitab abidələri” elektron kataloqu diqqətəlayiqdir. Monoqrafiyanın müəllifləri bu kataloqun böyük əhəmiyyətini nəzərə alaraq onun elektron diskini kitaba əlavə etməkdə çox düzgün yol seçmişlər.  “Türk xalqlarının kitab abidələri” elektron kataloqunun monoqrafiyaya daxil edilməsi onun praktiki əhəmiyyətini xeyli artırmaqla türk dilli dövlətlərin qarşılıqlı əlaqə və inteqrasiyası imkanlarını genişləndirir. Bu baxımdan hazırki elmi əsəri məqsədəyönlü fəaliyyətin növbəti ugurlu addımı kimi də qiymətləndirmək olar. Monoqrafiyaya əlavə olunmuş elektron resurs eyni məqsədə xidmət edən mötəbər elmi məhsulların qarşılıqlı təbligi kimi də qiymətləndirilməlidir.

Manoqrafiya biri-birini tamamlayan əhəmiyyətli fəsillərdən ibarət formalaşdırılıb.  Monoqrafiya “Türk dünyası kitab və kitabxana mədəniyyətinə bir nəzər” sərlövhəli fəsillə başlanır. Burada ən qədim dövrdən Türk xalqlarının sosial, siyasi və mədəni tarixinə qıssa nəzər salınıb, ortaq milli-mədəni dəyərlər qiymətləndirilib. Kitabxa­naların gündəlik fəaliyyətində təblig etməli oldugu tariximizin qiymətli səhifələrinə xüsusi vurğu olunub. İkinci fəsil Milli Kitabxanaların yaranması, inkişafı və bəşəri təkamüldə oynadıgı rolun öyrənilməsinə həsr edilib. Üçüncü fəsildə Türkdilli dövlətlərin Milli kitabxanalarının inkişafı, formalaşması və müasir vəziyyətinə diqqət yetirilir. Dördüncü fəsil isə milli kitabxanaların beynəlxalq əməkdaşlıgı, xüsusilə Türkdilli dövlətlərin Milli Kitabxanaları arasında ümumi əməkdaşlıq və funksianal əlaqələrin inkişafı problemlərinə həsr edilmişdir. Monoqrafiyada fəsillər arasında məntiqi ideya ardıcıllıqla davam edir və biri digərini tamamlayır.

Türkdilli dövlətlərin Milli Kitabxanaları son 25 ildə öz funksional fəaliyyətini geniş beynəlxalq əməkdaşlıq çərcivəsində qurmuş və dünya informasiya məkanında öz milli identifikliyini müstəqil təblig etməkdədir. Monoqrafiyada hər bir müstəqil türk dövlətinin formalaşmış Milli Kitabxana strukturunun fəaliyyəti işıqlandırılır və beynəlxalq əməkdaşlıq çərçivəsində türkdilli dövlətlərin  qarşılıqlı dəstəklənməsi, müasir qlobal informasiya məkanında son dərəcə əhəmiyyətli oldugu qeyd olunur.

Türk dünyası Milli Kitabxanalarının tədqiq edilib öyrənilməsinə həsr edilən bu qiymətli monoqrafiya türkdilli dövlətlərin mədəni əlaqələrinin dahada genişləndiyi, mədəniyyətlərarası inteqrasiya prosesinin dərinləşdiyi indiki  şəraitdə böyük elmi və təcrübi əhəmiyyət kəsb edir.

Monoqrafiyada kitabxanaşünaslıgın həm nəzəri, həm də təcrübi sahəsinə həsr olunmuş, maraqlı tarixi faktlar və təhlillər irəli sürmüşdür.  Xüsusilə qeyd etməliyəm ki təqdim olunan monaqrafiya türkdilli dövlətlərin kitabxana-informasiya mütəxəssisləri üçün dəyərli oldugu qədər Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin də oxuyub  bəhrələnəcəyi faydalı bir dərs vəsaiti olacaq.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2016-cı il.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024