Türk Dünyası xalqlarının II Hüquq qurultayı keçirilib

23/11/2011

Noyabrın 13-16-da İstanbul şəhərində Türk Dünyası xalqlarının II Hüquq qurultayı keçirilib. Qurultayda BDU-nun hüquq fakültəsinin nümayəndə heyəti iştirak edib. Dekan, professor Əmir Əliyev “Azərbaycan Konstitusiyasında insan hüquqlari problemləri və beynəlxalq hüquq”, elmi işlər üzrə dekan müavini Sərvər Süleymanlı “Azərbaycan hüququnda məcburi pay sahibi vərəsələr və məcburi pay miqdarı”, Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi Mübariz Yolçuyev “Azərbaycan hüququnda müəlliflik hüquqlarının qorunmasının hüquqi rejimi”, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Fərhad Mehdiyev “Azərbaycan hüququnda inzibati mülahizə səlahiyyətinin tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış ediblər. Tədbirdə hüququn müxtəlif sahələri ilə bağlı məsələlər təhlil və müzakirə edilib, müqayisələr aparılıb.

Qurultayda beynəlxalq arenada türk xalqlarının haqlı mənafeyinin qorunmasının təmin edilməsinin ən əsas amillərindən biri kimi onlar arasında səmərəli əməkdaşlığın güclü şəkildə təsis edilməsi qənaətinə gəlinib. Bildirilib ki, türk xalqları arasında hüquqi əməkdaşlıq, bunun ayrılmaz tərkib hissəsi kimi hüquq elmi sahəsində birgə və sistemli fəaliyyətlərin həyata keçirilməsi zəruridir.

Qurultay əsnasında BDU-nun Hüquq fakültəsinin nümayəndələri Türkiyə Respublikası Ədliyyə Nazirliyi Akademiyasının müdiri və onun müavini, Türkiyə Respublikasının Baş Nazirliyi nəzdində Xarici Türklər Komitəsinin (Dış Türklər Müstəşarlığı) əməkdaşları, Ankara, Mərmərə və İstanbul Universitetinin hüquq fakültələrinin dekanları ilə görüşüblər.

Qurultayda İstanbul Universitetinin hüquq fakültəsi tələbə mübadiləsi ilə yanaşı, hüquq elminin hər bir alt sahəsinə (məsələn İnzibati hüquq, mülki hüquq, kommersiya hüququ, insan hüquqları və s.) ildə iki dəfə (biri Bakıda, digəri İstanbulda) olmaqla simpoziumlar keçirməyi təklif edib. Simpoziumlar elmin inkişafının və onun praktikada tətbiqinin dinamik şəkildə təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə hüququn müəyyən bir sahəsinə aid konkret mövzu ilə bağlı olaraq bir həftə boyunca keçirilir (Bu baxımdan Türklər bunu “hüquq həftəsi” adlandırırlar). Həmçinin Ankara və İstanbul universitetlərinin hüquq fakültələri BDU-nun nəzdində hüququn müəyyən bir ixtisas sahəsi ilə bağlı magistratura proqramı açmaqda istəkli olduqlarını bildirib, professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin aparılması, həyata keçirilməsi və məqalələrin dərc olunmasında istənilən dəstəyi verməyə hazır olduqlarını diqqətə çatdırıblar. Yekunda Türkiyə Respublikası Ədliyyə Nazirliyi Akademiyası, Xarici Türklər Komitəsi və Ankara Universiteti Hüquq fakültəsi BDU ilə əməkdaşlığı davam və inkişaf etdirməkdə maraqlı olduqlarını bildiriblər.

Mətbuat və İnformasiya şöbəsi, 23 noyabr 2011-ci il.

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024