Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş “Tələbələrimizi tanıyaq və tanıdaq” adlı yaradıçılıq müsabiqəsi keçirilib

03/04/2017

Tarix fakültəsinin dekanlığı və Türk xalqları tarixi kafedrasının təşkilatçılığı, BDU Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə “Tələbələrimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirilib. Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş tədbirdə Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Kitabxanaçılıq və informatika, Coğrafiya, Sosial elmlər və psixoligiya, Kimya, Mexanika riyaziyyat fakültələrinin tələbələrinin iştirak edib. Tədbirdə bakalavr və magistrantların əl işləri, rəsm əsərləri, foto şəkillər, biserlə işləmələr, döyüş geyimləri və s. nümayiş etdirilib. Tarix fakültəsinin Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası tələbələri İbrahim Cəbrayılov və Aqil Bəhmənlinin yazdıqları şeirlər dinlənilib. Regionşünaslıq (Amerikaşünaslıq) ixtisası tələbəsi Aytəkin Allahverdilinin ifasında “Biz mehriban ailəyik” və digər mahnılar ifa edilib. Bundan əlavə, “Planet parni iz BDU” komandasının təqdimatında xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir hissə səhnələşdirilərək təqdim edilib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Ali Çırak türklərin savaş sənəti haqda səhnəçik təqdim edib. Tədbirin sonunda bütün iştirakçılar təşəkkürnamələrlə təltif ediliblər.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2017-c il

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023