Türkiyədə BDU-nun 100 illiynə ithaf olunmuş “Azerbaycan Türkçesi Grameri” kitabı işıq üzü görüb

02/11/2018

Türkiyədə türk dillərinin öyrənilməsi və araşdırılması çərçivəsində Azərbaycan dilinə həsr olunmuş “Azerbaycan Türkçesi Grameri” monoqrafiyası işıq üzü görüb.

Elazığ şəhərində yerləşən Fırat Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Süleyman Kaan Yalçının müəllifi olduğu kitab Bakı Dövlət Universitetinin 100 illiyinə ithaf olunub.

Qeyd edək ki, əsər Azərbaycan dili haqqında türkiyəli alim tərəfindən qələmə alınmış ilk geniş monoqrafik tədqiqatdır.

Kitabın elmi redaktoru Fırat Universitetinin Çağdaş türk ləhcələri kafedrasının müdiri, professor Ahmet Buran, rəyçiləri həmin kafedranın professoru Ercan Alkaya, BDU-nun müəllimləri - Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova və Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili üzrə redaktoru “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazovdur. Əsər iki hissədən ibarət olub, Azərbaycan dilinin fonetik və qrammatik quruluşundan bəhs edir. Müəllif monoqrafiyanın elmi strukturunu Türkiyə nəzəri dilçiliyinin məzmununa uyğunlaşdıraraq qələmə alıb. Kitabda Azərbaycan dilinin tarixi və müasir məsələlərindən bəhs edən çox sayda elmi mənbələrə və ədəbi-bədii dil nümunələrinə istinad olunub.

Mətbuat və informasiya şöbəsi, 02 noyabr 2018-ci il.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026