Türkiyəli millət vəkili BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub

08/12/2023

Türkiyə Böyük Millət Məclisinin üzvü, tanınmış siyasətçi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub. Dekan Rövşən Cavadov qonağa fakültənin fəaliyyət istiqamətləri, mövcud ixtisaslar, müəllim-tələbə heyəti haqqında məlumat verib. Qeyd edib ki, BDU-da təhsil alan türkiyəli tələbələrin ən çox seçdikləri ixtisaslardan biri məhz psixologiyadır. Şamil Ayrım müxtəlif sahələr üzrə əməkdaşlığın önəmini vurğulayıb, fakültə rəhbərliyinə elmi fəaliyyət və tədrisin təşkilində uğurlar arzulayıb.

Türkiyəli millət vəkili sonra Sosiologiya kafedrasının professor-müəllim heyəti ilə görüşüb, müzakirələr aparıb. Müzakirələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaş ölkələr arasındakı elm, təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət, sosial əlaqələrə diqqət yetirilib. Görüşdə bu əlaqələrin daha da gücləndirilməsi üçün professor-müəllim heyəti və tələbələrin aktivliyinin artırılmasının zərurəti önə çəkilib. Postmünaqişə dövründə Qarabağın inkişafına Türkiyə Cümhuriyyətinin dəstəyi, həmçinin Azərbaycan və Türkiyə əlaqələrinin gələcək inkişaf perspektivləri istiqamətində fakültənin xətti ilə görülə biləcək işlər barəsində fikir mübadiləsi edilib.

Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov 05-06 oktyabr 2023-ci il tarixlərində Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə: Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilmiş Sosial elmlər üzrə Beynəlxalq fənlərarası elmi konfransda online qaydada məruzə etdiyinə görə Şamil Ayrıma öz təşəkkürünü bildirib, qonağa plaket və təşəkkürnamə təqdim edib.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024