Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub

17/04/2024

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbələrinin “Osmanlı tarixi” dərsində “Osmanlının yerləşdirmə tarixi və yoxa çıxmış kəndlər” mövzusunda mühazirə keçirilib. Mühazirəni “Erasmus” mübadilə proqramı çərçivəsində BDU-ya gələn Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin Tarix bölümünün rəhbəri, professor Alpaslan Demir oxuyub.

Mühazirədə professor Alpaslan Demir Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən maliyyələşdirilən “Yoxa çıxmış kəndlər” layihəsi haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türkiyənin Konya, Manisa və Sivas şəhərlərinə bağlı yoxa çıxmış kəndlərlə bağlı araşdırma aparılıb. Ümumilikdə Türkiyə coğrafiyasında 50-60%-ə qədər yoxa çıxmış kəndin olduğu müəyyənləşdirilib. Mühazirədə bu problemin səbəb və nəticələri haqqında ətraflı məlumat verilib.

Sonra professor Alpaslan Demir tələbələrin suallarını cavablandırıb.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026