Türkiyənin Eskişehir Teknik Universitetinin professoru BDU-da mühazirə oxuyub

17/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında Türkiyənin Eskişehir Teknik Universitetinin Mühəndislik fakültəsinin Kimya mühəndisliyi bölümünün rəhbəri, professor Nezihe Ayasın iştirakı ilə seminar keçirilib.

Professor Nezihe Ayas “Türkiyə ali təhsil müəssisələrinin akkreditasiyası haqqında məlumat” mövzusunda təqdimat edib. O, rəhbəri olduğu Kimya mühəndisliyi bölümünün nümunəsində Türkiyə universitetlərində akkreditasiya  qaydaları, universitet, fakültə və bölümlərə dair tələblər barədə məlumat verib.

Seminar universitetlərdə təhsilin keyfiyyətinin qiymətləndirməsi sistemi haqqında müzakirə ilə davam edib.

Daha sonra Nezihe Ayas “Bərpa olunan enerji mənbələri: hidrogen istehsalı və biodizel mühəndisliyi” mövzusunda məruzə edib. O, Eskişehir Texnik Universitetində bərpa olunan enerji mənbələri sahəsində aparılan tədqiqatlar barədə məlumat verib. Seminar iştirakçıları tullantıların emalı, onların yanacaq istehsalında istifadə imkanları haqqında fikir mübadiləsi aparıblar.

Sonda BDU ilə Eskişehir Teknik Universiteti arasında əməkdaşlıq imkanları, birgə elmi seminarların təşkili müzakirə olunub.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026