Türkiyənin Mərmərə Universitetinin dosenti BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi deyib

26/04/2024

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının təşkilatçılığı ilə Türkiyənin Mərmərə Universitetinin dosenti Durmuş Ümmet Bakı Dövlət Universitetinin SABAH tələbələrinə “Həll yönümlü terapiya: qaydalar və metodlar” mövzusunda ustad dərsi keçib.

Tədbirdə  SABAH İcra Komitəsinin rəhbərliyi, digər ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti, tələbə və doktorantlar iştirak ediblər.

Məruzəçi tərəfindən qısamüddətli həllə yönəlmiş terapiyanın tarixi, fəlsəfəsi və əsas fərziyyələri, ilk seans quruluşu, pasient ilə terapevtik ittifaqın qurulması, "Vaka analizləri" təhlil edilib. Üstad dərsində pozitiv düşüncənin çoxaldılması, problemləri həll etməyin optimal yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Ustad dərsi interaktiv şəkildə davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026