Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

20/11/2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları və Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının təşkilatçılığı ilə Ərciyəs Universitetinin professoru, molekulyar biologiya və tibbi genetika üzrə mütəxəssis Yusuf Özkulun “Əsas molekulyar genetik metodlar: Next Gen Sequencing (NGS) – Növbəti Nəsil Sıralama texnologiyaları və onların istifadə sahələri” mövzusunda ustad dərsi keçirib.

Ustad dərsinin mövzusu müasir biologiya və tibbi diaqnostikanın ən vacib istiqamətlərindən birinə – genetik materialın analizi və xəstəliklərin molekulyar əsaslarının öyrənilməsinə həsr olunub. Professor Yusuf Özkul təqdimatında NGS texnologiyalarının genom tədqiqatlarında inqilabi dönüş yaratdığını, böyük həcmli DNT və RNT məlumatlarının qısa zamanda yüksək dəqiqliklə analizinə imkan verdiyini vurğulayıb. Bu texnologiyaların xərçəng genetikasında, irsi xəstəliklərin diaqnostikasında, farmakogenetikada, mikrobiom araşdırmalarında və infeksion xəstəliklərin sürətli identifikasiyasında geniş tətbiq olunduğunu bildirib.

Professor həmçinin klassik molekulyar biologiya metodlarının (PCR, elektroforez, restriksiya analizi, Sanger sekvensləşməsi və real-time PCR) prinsip və üstünlükləri haqqında ətraflı məlumat verib, bu texnikaların genetik mutasiyaların aşkar edilməsində, gen ekspressiyasının ölçülməsində və müxtəlif bioloji nümunələrin analizində oynadığı rolu izah edib.

Tədbir zamanı tələbələrin elmi tədqiqatlara marağının artırılması, laborator mühitdə praktiki bacarıqların inkişaf etdirilməsi və beynəlxalq elmi layihələrdə iştirak imkanları barədə tövsiyələr də səsləndirilib. Ustad dərsi interaktiv şəkildə davam edib, tələbələrin molekulyar genetika sahəsində gələcək karyera istiqamətləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

 

Xəbərlər

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib
20/11/2025

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb
20/11/2025

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək
20/11/2025