Türkiyənin Əskişəhər Texniki Universitetinin nümayəndə heyəti BDU-da olub

25/01/2022

Türkiyə Cümhuriyyətinin Əskişəhər Texniki Universitetinin (ESTU) Mühəndislik fakültəsinin Kimya mühəndisliyi kafedrasının professor-müəllim heyətindən ibarət nümayəndə qrupu Erasmus+ KA107 layihəsi çərçivəsində 2022-ci il 17-21 yanvar tarixlərində Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında olublar.

Kimya mühəndisliyi kafedrasının professoru Elif Kaynak Uraz kafedranın tədris planı, həmçinin beynəlxalq əməkdaşlığı haqqında ətraflı məlumat verib. “Kimya mühəndisliyində riyazi modelləşdirmə” fənni haqqında danışan dosent Yeşim Güçbilmez fənnin proqramı və tədrisi ilə bağlı geniş təqdimatla çıxış edib.  Kafedranın nümayəndələri eyni zamanda tədris zamanı tətbiq olunan yeni texnologiyalar haqqında da məlumat veriblər.  Dosent Yeşim Güçbilmez “Nanomateriallar və oksidləşmə reaksiyaları” mövzusunda mühazirə oxuyub.

Səfər zamanı Türkiyə və Azərbaycan tədqiqatçıları arasında nanomaterialların sintezi və tətbiqi ilə bağlı səmərəli elmi müzakirələr aparılıb. Professor Mustafa Muradov qonaqlara Nanoaraşdırmalar və Sənaye kimyası elmi-tədqiqat laboratoriyaları, habelə BDU-nun kafedralarının təhsil və elmi fəaliyyəti barədə məlumat verib.

Türkiyəli tədqiqatçıların BDU-yə səfər zamanı iki universitet arasında əməkdaşlıq və ortaq layihələr məsələlərini müzakirə etmək məqsədilə Nanoaraşdırmalar və Sənaye kimyası elmi-tədqiqat laboratoriyalarının əməkdaşları – professor Ülviyyə Həsənova, professor Rasim Alosmanov, Ofeliya Balayeva və digər tədqiqatçılarla görüş və seminarlar keçirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025