Türkiyənin tanınmış politoloqu BDU-da mühazirə oxudu

22/02/2011

Erməni-Türk məsələsi ilə əlaqədar bir çox tarixi araşdırmaların müəllifi olan Türkiyənin tanınmış politoloqu, professor Hikmət Özdəmir bu gün Bakı Dövlət Universitetində olub. BDU tələbələrinə “1915-2015 illərində erməni məsələsi” mövzusunuda mühazirə oxuyan türkiyəli professor, ermənilərin 1993-cü ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım ilə 1914-1916 illərdə Şərqi Anadoluda dinc əhaliyə qarşı erməni qətliamları arasında maraqlı parallellər aparıb. Hikmət Özdəmir Türkiyədəki hadisələrin beynəlxalq hüquq normalarının müəyyən olunmadığı bir dövrdə, Xocalı soyqırımının isə əksinə, dinc əhali ilə əlaqədar bütün hüquqların beynəlxalq sənədlərdə açıq-aydın şəkildə əks etdirildiyi bir vaxtda törədildiyinə diqqət çəkib. Türk tarixçisi erməni təşkilatlarının öz fəaliyyətlərini dörd əsas sütun – sui-qəsd, dinc əhaliyə qarşı qətliamlar, türk düşməni ilə işbirliyi və təbliğat üzərində qurduqlarını bildirib.  
Mühazirədə iştirak edən tarix fakültəsinin dekanı, professor Sani Hacıyev Azərbaycanda bu mövzu ilə baglı aparılan araşdırmalar haqqında məlumat verib. S.Hacıyev bu yaxınlarda BDU-nun nəzdində “Erməni araşdırmaları mərkəzinin” fəaliyyətə başladığını, Qafqazşünaslıq kafedrasında isə erməni dilinin tədris edildiyini qeyd edib. 
Erməni yalanlarını dünyaya ifşa etməq üçün Türkiyə və Azərbaycan tarixçilərinin səylərini birləşdirməyin vacib olduğunu deyən türk politiloqu sonda tələbələri maraqlandıran suallara cavab verib. 

Mətbuat və İnformasiya şöbəsi, 22 fevral 2011-ci il.

Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025