"Türkmənistan və Azərbaycan: ikitərəfli tərəfdaşlığın strateji mahiyyəti " mövzusunda onlayn konfrans keçirilib

24/09/2021

Türkmənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar Türkmənistanın Bakıdakı səfirliyinin təşkilati dəstəyi ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında "Türkmənistan və Azərbaycan: ikitərəfli tərəfdaşlığın strateji mahiyyəti " mövzusunda onlayn konfrans keçirilib.

Konfransda BDU-nun rektoru Elçin Babayev, Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rektoru Bayramgül Orazdurdyeva, Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev, Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin müşaviri Mikayıl Yusifov, hər iki universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Onlayn konfrans zamanı dövlətlərarası əməkdaşlıq məsələləri, iki ölkə arasında məhsuldar tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün prioritet istiqamətlər müzakirə edilib. İştirakçılar həmçinin, elmi-texniki, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinə və universitetlərarası əlaqələrin perspektivli sahələrinə xüsusi diqqət yetirib.

İştirakçılar gələcəkdə ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradacaq oxşar görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026