Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 3 ixtisas üzrə mütəxəssislər hazırlanır

18/08/2022

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 8 kafedra və 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.

Fakültədə Riyazi fizika, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, Iqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində 3 ixtisas - Kompüter elmləri, İnformatika müəllimliyi və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

"Kompüter elmləri" ixtisası üzrə məzunlar İT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, riyaziyyatçı, riyaziyyat mühəndisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. sahələr üzrə işləyə bilərlər.

"İnformatika müəllimliyi" ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) İnformatika fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

"İnformasiya təhlükəsizliyi" ixtisası üzrə məzunlar informasiya təhlükəsizliyi üzrə mütəxəssis, informasiya təhlükəsizliyi üzrə analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, İT layihəsinin meneceri, verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, PHP proqramçısı və s. işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026