Tyutor hazırlığının 5-ci mərhələsi başa çatıb
05/07/2013
Bakı Dövlət Universitetində tyutor hazırlığının 5-ci mərhələsi başa çatıb.
Universitetin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dərslər 8 ay davam edib və sonda yekun imtahan verilib. Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə imtahan prosesini izləyib və uğurlar arzulayıb.
Universitetin 17 fakültəsindən, müxtəlif struktur və şöbələrdən, eyni zamanda Qida Sənayesi Kollecindən qatılan 31 nəfərin 29-u müvafiq sertifikatlarla təmin olunub.
Qeyd edək ki, tyutor hazırlığı üzrə ümumi bal 100-dür. Onun 70-i tədris prosesində, 30-u isə imtahan zamanı toplanılmalıdır.
Mətbuat və informasiya şöbəsi, 5 iyun 2013-cü il.
Xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
